Dünya tarixində yazılan ilk SMS Fransada keçirilən hərracda satışa çıxarılıb.
"Unikal" xəbər verir ki, tarixdə ilk mətn mesajını ötürən orijinal ünsiyyət protokolunun yeganə rəqəmsal nüsxəsi, kanadalı olduğu bildirilən və texnologiya sektorunda çalışan naməlum şəxs tərəfindən 107.000 avroya alınıb.
Bildirək ki, ilk mesaj 3 dekabr 1992-ci ildə İngiltərədə "Vodafone"un o zamankı direktoru Riçard Jarvisə "Orbitel" telefonu ilə göndərilən və "Milad bayramınız mübarək" cümləsindən ibarətdir.
Gəlir "Vodafone" tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına bağışlanacaq.