ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında telefon danışığı olub.
"Unikal" ”TASS”a istinadən xəbər verir ki, tərəflər regional təhlükəsizliklə bağlı problemləri müzakirə ediblər.
"Onlar regional təhlükəsizliklə bağlı narahatlıq doğuran məsələləri müzakirə ediblər. Telefon danışığı iki lider arasında risklərin azaldılması və münaqişələrin qarşısının operativ şəkildə alınmasını təmin etmək məqsədilə aparılmış danışıqların davamı olub", - məlumatda deyilir.