Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 179 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 19 095 nəfər COVID-19 infeksiyasına yoluxub, 22 816 nəfər isə sağalıb.