ABŞ-da neft ehtiyatları son həftədə 4,715 milyon barel azalaraq dekabrın 17-nə 423,571 milyon barel təşkil edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin məlumatında deyilir.
Bu gün axşam saatlarında Londonun ICE birjasında Brent markalı neftin fevral fyuçersləri 0,64% artaraq barreli 74,45 ABŞ dollarına, WTI markalı neftin dəyəri isə 0,92% artaraq 71,77 ABŞ dollarına çatıb.