Tiflisdə ictimai nəqliyyatda gediş haqqının ödənilməsi üçün yeni sistem tətbiq olunacaq.
"Unikal" xəbər verir ki, 2022-ci il fevralın 1-dən qüvvəyə minəcək yeni sistemə əsasən, avtobus, metro və marşrut taksilərində birdəfəlik gediş haqqı 1 lari təşkil edəcək. Limitsiz abunə kartları isə müxtəlif müddətli olacaq.
Belə ki, 1 günlük abunə kartı 3 lari, həftəlik kart 20 lari, aylıq 40 lari, 3 aylıq 100 lari, 6 aylıq kart 150 lari, bir illik abunə kartı isə 250 lari olacaq. Kartlar yanvarın 5-dən satışa çıxarılacaq.
Qeyd edək ki, hazırda Tiflisdə ictimai nəqliyyatda birdəfəlik gediş 50 tetridir.