Meksikanın qərb sahillərində 6 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) 6 bal gücündə zəlzələnin La Kruz de Loreto şəhərindən 225 kilometr cənub-qərbdə baş verdiyini bildirib.
Yerin 10 kilometr dərinliyində qeydə alındığı açıqlanan zəlzələnin can və mal itkisinə səbəb olmadığı bildirilib.