Türkiyənin Osmaniye bölgəsində təkrar emal fabrikində partlayış olub.

"Unikal" xəbər verir ki, ilkin məlumata görə, baş verən partlayışda 6 nəfər yaralanıb.

Məlumata görə, partlayış səhər saatlarında Osmaniye Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən təkrar emal fabrikində naməlum səbəbdən baş verib.

Yaralı işçilər Osmaniye Dövlət Xəstəxanasına aparılıb. Partlayışın başvermə səbəbləri araşdırılır. 

Ağarza Elçinoğlu