Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 1 002 nəfər artaraq 301 271-ə yüksəlib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, son bir gündə daha 25 667 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 318 650 nəfərə çatıb.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 139 166 nəfər sağalıb.