"Koronovirusun növbəti dalğası Ermənistan üçün qaçılmaz olacaq".
"Unikal" xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib. O, erməniləri təcili sürətdə vaksin vurdurmağa çağırıb.
"Gündəlik yoluxma sayı 1500-ə çatanda və 70 ölümümüz olanda peyvəndlər davam etdirilməlidir. Mən özüm peyvəndin üçüncü dozasını almışam. Sizləri də vaksin vurdurmağa səsləyirəm".