Hindistanın şimalında yerləşən Pəncab əyalətində güclü partlayış baş verib.
"Unikal" xəbər verir ki, partlayış nəticəsində ən azı iki nəfər ölüb, dörd nəfər yaralanıb.
Partlayış Ludhiana rayonundakı məhkəmə kompleksinin içərisində baş verib.
Məlumata görə, məhkəmədə vəkillərin tətili olub və buna görə də partlayış baş verən zaman binada yalnız bir neçə nəfər olub.
Partlayışdan az sonra Pəncab əyalətində yüksək həyəcan siqnalı verilib və polis ictimai yerlərdə təhlükəsizliyi gücləndirməyə yönəldilib.
Ağarza Elçinoğlu