Tacikistanla Qırğızıstan sərhədində atışma olub.
"Unikal" xəbər verir ki, bu barədə İsfar merinin mətbuat katibi Zubaydulo Şomadova məlumat yayıb.
Çorku qəsəbə sakininin evinə Qırğızıstan tərəfdən atəş açıldığı bildirilir. Eyni zamanda, hadisə nəticəsində ölən və yaralanan yoxdur.
Qeyd edək ki, ötən gündə Tacikistanla Qırğızıstan sərhədində Ovçi-Kələç kəndinin təmas zonasında və Layləkdə atışma qeydə alınıb.