Xəbər verdiyimiz kimi, bu gün Ermənistanda etiraz aksiyası keçirilib.
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, etirazlar zamanı polislərlə vətəndaşlar arasında qarşıdurma yaranıb. Belə ki, polis əməkdaşları vətəndaşlara ciddi xəsarətlər yetirib. Həmin anlar jurnalistlər tərəfindən anbaan qeydə alınıb.
Bununla yanaşı, polis 6 etirazçını da saxlayıb.