Ukrayna hökuməti bir sıra Rusiya mallarının idxalına qoyulan embarqonu 2022-ci il dekabrın 31-dək uzadıb.
"Unikal" xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, məhdudiyyətlər 2015-ci ildə tətbiq edilib. Embarqi xüsusilə araq, pivə, qənnadı məmulatları, ət, balıq, emal olunmuş pendir və filtrli siqaretlərə aiddir.
Sentyabrın 20-də Rusiya prezidenti Vladimir Putin Aİ-yə qarşı sanksiyaların uzadılması haqqında fərman imzalayıb. Onlar 2014-cü ildə Aİ-nin Krımın ilhaqı ilə bağlı tədbirlərinə cavab olaraq tətbiq edilib.