İndoneziya Rusiyadan 11 ədəd çoxfunksiyalı Su-35 qırıcı almaqdan imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin qərargah rəisi Fajara Praseto bildirib.
İmtinaya səbəb kimi maliyyə çatışmazlığı göstərilir. Müqavilə hələ 2018-ci ildə imzalanıb, onun məbləği 1,1 milyard dollar qiymətləndirilirdi.
İndoneziya hökuməti Fransanın “Rafale” qırıcılarını və ya Amerikanın “Boeing” şirkətindən F-15 EX təyyarələrinindən birini alacaq. Onlara nə qədər pul xərclənəcəyi açıqlanmayıb.