Monteneqro Prezidenti Milo Cukanoviç koronavirusa yoluxub.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Belə ki, koronavirusa yoluxmuş şəxslə təmasdan sonra Cukanoviçin COVID-19 testi müsbət çıxıb.
"Prezidentdə xəstəliyin yüngül simptomları var, özünü yaxşı hiss edir. Epidemiya tədbirləri ilə əlaqədar o, təcrid olunacaq və bu rejimdə öz vəzifələrini icra edəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, 2020-ci ilin dekabrında Cukanoviç sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib, lakin həmin vaxt koronavirus testləri mənfi olub.