Çikaqo şəhərinin ətrafındakı ticarət mərkəzlərinin birində atışma zamanı 1 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə şəhər polis idarəsinin nümayəndəsi məlumat verib.

Polis rəsmisi bildirib ki, 4 tanışın bir birinə atış açması nəticəsində onlar hamısı yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, ticarət mərkəzi isə müvəqqəti olaraq bağlanıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə isə, atışma 2 cinayətkar qruplaşma arasında baş verib.