Fransada son sutkada 91 608 nəfər yoluxub.
"Unikal" xəbər verir ki, bu, pandemiya dövründə ən ciddi sutkalıq yoluxma göstəricisidir.
Daha əvvəlki rekord noyabrın üçündə qeydə alınmışdı. O zaman göstərici 86 852 nəfər idi. Fransa səhiyyə nazirliyinin proqnozuna görə gələn həftə gündəlik yoluxma sayı 100 min nəfəri keçəcək. Səbəb koronavirusun yeni “omicron” ştamının sürətlə yayılmasıdır.