Banqladeşin cənubunda yerləşən Calokati adlı ərazidə bərədə (gəmi) baş verən yanğında ölən və yaralananların sayı artıb.
"Unikal" xəbər verir ki, yanğın nəticəsində 38 nəfər həlak olub, 100-ə yaxın insan xəsarət alıb.
Ümumilikdə bərənin göyərtəsində təqribən 1000 nəfər olub.
Yanğın bərənin mühərrik hissəsində yaranan nasazlıq səbəbindən baş verib.
***08:42
Banqladeşdə gəmidə başlayan yanğın 27 nəfərin həyatına son qoyub.
"Unikal" xəbər verir ki, bu barədə Xinhua agentliyi rəsmi mənbələrə istinadla ilkin məlumat yayıb.
Zərərçəkənlərin dəqiq sayı və hadisənin təfərrüatları barədə məlumat yoxdur.