"Ukraynanın NATO-ya cəlb edilməsi kursu və Rusiya Federasiyasının sərhədləri yaxınlığında raketlərin görünməsi ciddi hərbi risklər doğurur".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Sərhədlərimiz yaxınlığında hücum raket sistemlərinin meydana çıxması perspektivi ilə Kiyevin NATO-ya cəlb edilməsi kursu Rusiyanın təhlükəsizliyinə qəbuledilməz təhdidlər yaradır, bütün iştirakçılar üçün Avropada genişmiqyaslı münaqişəyə qədər ciddi hərbi risklər yaradır", - deyə Lavrov Bosniya-Hersoqviniyanın “Oslobodzhene” qəzetinə müsahibəsi zamanı bildirib.
NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bir müddət əvvəl bildirmişdi ki, alyansa qoşulmaq üçün Ukrayna bir sıra meyarlara nail olmalıdır ki, onların həyata keçirilməsi çox vaxt aparacaq. Ekspertlər hesab edirlər ki, Kiyev yaxın 20 ildə NATO-ya üzvlük üçün müraciət edə bilməyəcək.
Ağarza Elçinoğlu