Bu həftə Liviya sahillərində uşaqlar da daxil olmaqla, azı 70 qeyri-qanuni miqrant boğularaq ölüb, 100 nəfər isə itkin düşüb.
"Unikal" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) açıqlayıb.
"Yalnız bu həftə Liviya sahillərində 2 uşaq ölü tapılıb, daha 2 uşaq isə üç gəminin batması səbəbindən hələ də itkin düşmüş hesab olunur. Ən azı 70 nəfər boğularaq batıb, daha 100 nəfər isə hələ də itkin düşmüş hesab olunur", - UNICEF-in Liviya üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Lana Vreykat bəyanatında bildirib.
Ağarza Elçinoğlu