Əfqanıstandakı "Taliban" administrasiyası 1895 üzvünü işdən çıxardığını açıqlayıb.
"Unikal" xəbər verir ki, "Taliban" müvəqqəti hökumətinin sözçünün müavini İnamullah Samanqani sosial media hesabından verdiyi açıqlamada "Taliban"ın adından və səlahiyyətlərindən sui-istifadə edən "Taliban" üzvlərinin işdən çıxarılması prosesinin davam etdiyini bildirib.
İndiyədək ümumilikdə 1895 "Taliban" üzvünün işdən çıxarıldığını bildirən Samanqani, vəzifədən çıxarılanlar arasında əyalətlərdəki bəzi "Taliban" idarəçilərinin də olduğunu bildirib.
İşdən çıxarılan "Taliban" üzvlərindən bəzilərinin saxlanıldığını vurğulayan Samanqani, bəzilərinin dindirilməsinin davam etdiyini qeyd edib. Samanqani bu proseslərin Təmizləmə Komitəsi tərəfindən həyata keçirildiyini bildirib.