Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağ münaqişəsi ən mürəkkəb, uzunmüddətli və qanlı münaqişələrdən biri adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə o, həftəlik brifinqdə deyib.
“Mən Ermənistana və Azərbaycana, o cümlədən Rusiya tərəfi də daxil olmaqla bu sahədə işləyən bütün ekspertlərə ilk növbədə, səbr və uğurlar arzulayıram. Ən uzun sürən, mürəkkəb və qanlı münaqişələrdən birini həll etmək çox çətin missiyadır”, - deyə Rusiya XİN-in rəsmisi bildirib.
Zaxarova hesab edir ki, bütün tərəflər səy göstərsələr, nəticə olacaq.