İran Səudiyyə Ərəbistanı ilə gərginliyi azaltmaq üçün danışıqların növbəti raundunda iştirak etməyə hazırdır.
"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian iraqlı həmkarı Fuad Hüseynlə görüşü zamanı deyib.
Onun sözlərinə görə, Tehran Ər-Riyada praktiki təkliflər toplusunu təqdim edib və bu təkliflər Səudiyyə Ərəbistanı hakimiyyəti tərəfindən müsbət qarşılanıb.
Abdullahian onu da qeyd edib ki, İslam Əməkdaşlıq Təşkilatının Ciddədəki mənzil-qərargahında yerləşmələri üçün Səudiyyə Ərəbistanı 3 iranlı diplomata viza da verib.