ABŞ-ın Viskonsin ştatında zəncirvari qəza baş verib.

"Unikal" xəbər verir ki, magistral yolun buz bağlaması nəticəsində idarəetmədən çıxan yük maşını 2 avtomobilə dəyib.

Qəzadan sonra yanğın baş verib. Nəticədə arxadan gələn avtomobillər də qəzaya düşüb. 40 avtomobildən ibarət zəncirvari qəzadan magistral yol ikitərəfli hərəkətə bağlanıb.