Yaxın günlərdə Azərbaycanın rayon şəhər icra hakimiyyəti başçılarına yeni avtomobillər veriləcək. Bununla bağlı “Bizim Yol”a daxil olan məlumatda qeyd olunur ki, icra başçılarına Almaniya istehsalı olan son model BMW-lər paylanacaq.
Dəyəri 100 min manatdan baha olan avtomobillərin artıq ölkəyə gətirildiyi bildirilir. Məlumata görə, icra başçıları hazırda xidmətlərində olan xidməti maşınlarını birinci müavinlərinə verəcəklər.
