Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbiti bu gün səhər saatlarında dəyişdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın “Roskosmos” dövlət korporasiyası “Twitter” hesabında məlumat yayıb.
Bildirilir ki, “Soyuz MS-21” pilotlu kosmik gəmisinin buraxılışına hazırlıq işlərinə başlamaq üçün BKS-in orbital hündürlüyü təxminən 1,8 kilometr aşağı salınıb.
Qeyd edək ki, 2022-ci ildə Rusiya BKS-ə ikisi “Soyuz” və üçü “Progress” olmaqla beş kosmik gəmi göndərməyi planlaşdırır.