ABŞ "omikron" ştamına görə Afrikanın 8 ölkəsindən girişə qoyulan məhdudiyyətləri aradan qaldıracaq.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Dekabrın 31-də məhdudiyyətlərin aradan qaldırılması planlaşdırılır.
ABŞ-ın səyahət qadağası "omikron"un ilk aşkarlandığı Cənubi Afrikaya şamil edilir və siyahıya Botsvana, Zimbabve, Lesoto, Malavi, Mozambik, Namibiya və Esvatini də daxildir.