Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikası Prezidenti İlham Əliyevi təbrik edib.
"Unikal" xəbər verir ki, təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu,
Yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ölkənizin əsl lideri, təcrübəli və uzaqgörən siyasi xadimi olaraq Siz həm soydaşlarınız arasında, həm də xaricdə layiqli hörmət qazanmısınız. Azərbaycan Respublikasının sosial-iqtisadi rifahının möhkəmləndirilməsində və beynəlxalq nüfuzunun gücləndirilməsində xidmətləriniz əvəzsizdir.
Atanızın - Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin işinin layiqli davamçısı kimi Siz həmvətənlərinizin arzularını gerçəyə çevirərək, Azərbaycanın ərazi bütövlüyünə nail ola bildiniz.
Sizin Rusiya ilə və Rusiya Prezidenti Vladimir Putinlə xüsusi münasibətləriniz var ki, bu da dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı fəaliyyətin bütün sahələrinə müsbət təsir edir.
Sizin rəhbərliyinizlə respublika özünəməxsus milli ənənələrini qoruyub saxlamaqla beynəlxalq humanitar əməkdaşlıq sahəsində getdikcə daha mühüm və nəzərəçarpan rol oynayır. Bu sahədə Rusiya-Azərbaycan münasibətlərinə yorulmadan göstərdiyiniz diqqətə görə Sizə çox minnətdaram.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən cansağlığı və uzun ömür, həmvətənlərinizin rifahı, o cümlədən respublikanın inkişafı və möhkəmlənməsi naminə Azərbaycanın ali dövlət vəzifəsində gələcək uğurlar arzulayıram.
Fürsətdən istifadə edərək, Sizi, hörmətli Mehriban xanımı, o cümlədən ailənizin bütün üzvlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm. Qoy 2022-ci il yaxınlarınızın sevgisi və ocağın hərarəti ilə isinsin, yalnız gözəl və xoş hadisələr gətirsin!”.