"Yaxın vaxtlarda lirənin məzənnəsinin sabitləşməsinə nail olunacaq".
"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Ölkədə milli valyutada əmanətlərin həcmi artır", - Ərdoğan maliyyə sisteminin gücləndirilməsi istiqamətində görülən tədbirlərdən danışarkən deyib.
Onun sözlərinə görə, müvafiq dövlət proqramının qəbulundan sonra türk lirəsindəki əmanətlər 23,8 milyarddan çox artıb və sürətlə böyüməkdə davam edir.
Türkiyə lideri onu da vurğulayıb ki, ölkə hakimiyyəti süni qiymət artımı və spekulyasiyaya qarşı qətiyyətli mübarizə aparacaq.