Rusiyada son sutka ərzində daha 24 946 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

"Unikal" xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 10 368 299 nəfərə çatıb.

Son sutka ərzində 981 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 303 250 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.