Rusiyanın Tümen şəhərindən Ermənistanın paytaxtı İrəvana uçan təyyarənin mühərriki partladığı üçün reys təxirə salınıb.
Unikal xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
“Reys saat 07.20-də (yerli vaxtla - red.) Tümendən İrəvana uçmalı imiş. Uçuş zamanı təyyarənin mühərriki partlayıb. Reys təxirə salınıb. Axşama doğru təyyarənin uçacağı bildirilib”, - məlumatda bildirilib.
Təyyarə “Utair” aviaşirkətinə məxsus olub.
Hadisə ilə bağlı sosial şəbəkədə videoyazı yayılıb, orada təyyarənin sol qanadının altında partlayış görünür.