"İran nüvə yanacağı istehsal edə bilər".
"Unikal" xəbər verir ki, bunu İranın vitse-prezidenti Məhəmməd İslami “RİA Novosti”yə müsahibəsində bildirib.
Direktor tezliklə Buşehr Atom Elektrik Stansiyasında (AES) İran istehsalı olan nüvə yanacağından istifadə edə biləcəklərini deyib.
“İran artıq nüvə yanacağını özü istehsal edə bilir. Biz Rusiyanın “Rosatom” şirkəti ilə danışıqlar aparmışıq. Ümid edirik ki, bağlayacağımız müqavilələr əsasında biz İranın nüvə yanacağından Buşehr AES reaktorunda istifadə edəcəyik”, - o vurğulayıb.