Palma adasındakı vulkanın püskürməsi üç ay sonra başa çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Kanar adalarının ədliyyə və təhlükəsizlik departamentinin rəhbəri Xulio Peres bildirib.
Mütəxəssislər İspaniyanın Palma adasında (Kanar adalarının muxtar icması) sentyabrın 19-da başlayan vulkan püskürməsinin dayandırıldığını rəsmən elan ediblər.
Hazırkı püskürmə adanın tarixində ən uzun püskürmə olub. Bundan əvvəlki rekord 1585-ci ildə (84 gün) qeydə alınıb.