Rusiyanın Altay Respublikasında baş verən qəzada 5 nəfər ölüb, daha iki nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS-a Fövqəladə Hallar Nazirliyinin respublika departamentindən məlumat verilib.

Belə ki, Kupçegen qəsəbəsi yaxınlığında iki avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan yeddi nəfərdən beşi hadisə yerində keçinib.

Digər iki yaralı Onqudayski rayon xəstəxanasına yerləşdirilib. Onlardan biri azyaşlıdır. Yol qəzası ilə bağlı araşdırma aparılır.