Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 145 nəfər dünyasını dəyişib.
"Unikal"ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.
Nazirin yeni növ koronavirusla bağlı yayınladığı cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 357 536 nəfərin test edildiyi, 20 470 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 22 109 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 128 349 256 peyvənd tətbiq edilib ki, bunun 91,49 faizi birinci, 82,79 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.