"İnsan içindən gələni deyirsə, bu yaltaqlıq deyil".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, məqsədli şəkildə nə isə demək yaltaqlıqdır. “Tahir Kərimlinin çıxışı sosial şəbəkələrdə hədəfə çevrilib. Digər həmkarlarımı da hədəfə alıblar ki, yaltaqlıq ediblər. Mən çox cəsarətlə deyirəm ki, ötən iclasda burda olsaydım o çıxışlara qoşulardım. Bəs onları tənqid edənlər kimə yaltaqlıq edir? Əgər bu gün yüzlərlə insan Əli Kərimli haqda nəsə deyirsə, onu lider görmək istəyirsə, bu yaltaqlıq deyil? İnsan kiməsə sədaqətlə bağlıdırsa, bu yaltaqlıq deyil".

Anar Kəlbiyev