"Azərbaycanda cənub bölgəsində ən çox narahatedici məsələ erkən nikahlarla bağlıdır. Cənub bölgəsində bəzi valideynlər 9-cu sinifdən sonra uşaqlarının təhsilini davam etdirməsində maraqlı olmur". 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Elman Nəsirov deyib.

Deputat bildirib ki, başqa regionlarla müqayisədə, cənub bölgəsində erkən nikah, qızların təhsildən yayınma halları daha çoxdur. 

"Burada həyəcan təbili çalmaq istəyirəm ki, cənub bölgəsində erkən nikahlar məsələsində vəziyyət çox pisdir. Xahiş edirəm ki, aidiyyəti qurumlar bu məsələdə fəaliyyəti gücləndirsinlər”.

Anar Kəlbiyev