"Bilmirəm əvvəldən bu qədər söyüş var idimi, yoxsa indi çoxalıbmı. Bu qədər söyüş olar?? Bu həmin xalq deyilmi ki, prezidentin çağırışı ilə 50 min nəfər müharibədə könüllü iştirak üçün yazıldı".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

Deputat bildirib ki, bizim yaltaqlığa nə ehtiyacımız var ki? 

"Övladımız, özümüz üçün nə istəyirik ki?! Deyirlər, Tahir Kərimli deyib ki, prezidentin alternativi yoxdur. Bəs yoxdur da. Siz özünüz müxtəlif illərdə uduzdunuz. Minlərlə insanı küçədə əzdirdiniz. Müsavat AXCP-ni, AXCP Müsavatı xəyanətdə ittiham etdiniz. Siz neçə il oturdunuz parlamentdə nə etdiniz ki? Biz xalqın problemini dilə gətiririk. İstəyirsiniz ki, biz də söyək prezidenti, bunu görməyəcəksiniz! 22 il işsiz qaldım. Amma heç kimin yanında olmadım. İstəyirsiniz ki, siz iqtidara yaxın olanda biz də yaxın olaq, siz uzaq olanda da uzaq olaq. Yalan vədlərlə xalqı aldatmayaq".

Anar Kəlbiyev