Sabah təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərindəki 10 min kubmetr tutumu olan mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

"Unikal" bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar gün ərzində şəhərə içməli suyun verilməsində fasilə olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.