Türkiyəli aktyor Kənan İmirzalıoğlu koronavirusa yoluxub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən aktyorun aparıcılığını etdiyi "Kim milyonçu olmaq istəyir" verilişinin çəkilişləri təxirə salınıb.
Qeyd edək ki, aktyorun həyat yoldaşı aktrisa Sinem Kobalın isə yoluxması ilə bağlı məlumat verilməyib.