"Üzeyir Hacıbəylinin ev muzeyinin bərpası üçün Heydər Əliyev Fondu ilə əməkdaşlıq edirik".

"Unikal" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bərpa prosesi uzunmüddətli və mərhələlərdən ibarətdir: "Ev muzeyinin bərpası bizim vəzifəmizdir və bərpa ediləcək".