İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişəcək.

"Unikal" xəbər verir ki, “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsi parlamentin 30 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər.

Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş

-Zeynalov Vüqar Eldar oğlu

- Abddulayeva İlhamə Xanlar qızı

Namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş

-Əliyev Azər Ruslan oğlu

- Axundova Ülviyyə Süleyman qızı

Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş

-Yusifova Sevil Şərif qızı

-Mansurova Firəngiz Dəmirçi qızı