MDB çərçivəsində əməkdaşlığın səviyyəsi cari çağırışlara, o cümlədən koronavirus pandemiyasına daha səmərəli tab gətirməyə imkan verir.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammitini açarkən deyib.
“Görüş ənənəvi hal alıb. Pandemiyadan əvvəl biz müntəzəm olaraq yeni il qabağı görüşürdük. Bu il MDB üçün xüsusi ildir: bu yaxınlarda strukturun yaradılmasının 30 illiyi idi. Son onilliklər ərzində çox şey dəyişib. Eyni zamanda, təşkilatın yaradılması özünü doğrultdu. İnteqrasiya çoxlu sahələrdə baş verir. Ümumiyyətlə, sovet dövründən indiyədək qalmış əlaqələr də bu gün müsbət rol oynayır. Bunlar ümumi kommunikasiyalar, müəssisələr, tərəfdaşlar, əlavə dəyər yaradan vahid istehsal zəncirləridir”, - Putin bildirib.