Çin BMT Kosmik İşlər İdarəsinə “Tesla” və “SpaceX”in qurucusu İlon Maskdan şikayət edib.
"Unikal" xəbər verir ki, əsas olaraq “Starlink” layihəsi çərçivəsində orbitə buraxılan peyklərin kosmik stansiya üçün təhlükə yaratdığı göstərilib.
Çin “SpaceX”in iyul və oktyabr aylarında kosmosa göndərdiyi “Starlink” peyklərinin kosmos stansiyasına düşməsinin qarşısını almaq üçün toqquşmaya nəzarət tədbirləri həyata keçirməli olduğunu açıqlayıb.