"Facebook"un qurucusu Mark Zukerberq Havay adasının Kauai adasında daha bir torpaq sahəsi alıb.
"Unikal" xəbər verir ki, Mark su anbarı və cəngəllik də daxil olmaqla, əraziyə sahib çıxan yerli əhalinin etirazlarına baxmayaraq 110 hektar ərazi satın alıb.
Bildirək ki, sosial media kralı və həyat yoldaşı hazırda adada 1400 hektar əraziyə sahibdirlər ki, bunun da əksəriyyəti kənd təsərrüfatı və mühafizə torpaqlarıdır.
Milyarder daha əvvəl Kauayı "müstəmləkələşdirməyə" cəhddə ittiham olunub.