Aralıq dənizindəki Krit adası yaxınlığında 5,5 bal gücündə zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.
Yerli vaxtla 08:07-də baş verən zəlzələnin dərinliyi 15 kilometr olub. Fəsadlar barədə məlumat verilmir.