Gürcüstanda ötən sutkada daha 2 514 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 61 pasiyent ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da Gürcüstanda indiyədək COVID-19-a yoluxanların sayı 930 544-ə, ölənlərin sayı isə 13 707-yə çatıb.
Ötən 24 saat ərzində müalicə alaraq sağalanların sayı 2 711 nəfər artaraq 890 733 olub.