İctimai Televiziyada gənclər üçün bir veriliş gedirdi. Studiyada Vəsilə Mahmudovanın aparıcılılğı ilə dünyada baş verən hadisələr, Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv olması, bunun bizə xeyri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və sairə məsələlər müzakirə olunurdu. Dəvət olunmuş bir ekspert ermənilərin, xüsusilə də ABŞ ermənilərinin çox güclü, xüsusilə də qarşıdakı seçkilərdə təsiredici qüvvəyə malik olduğlarını, xüsusilə çox varlı olduqlarını önə çəkdi. Misal da gətirdi ki, dünyanın ən böyük “Ceneral Motors” şirkətinin 10 faizi erməniyə məxsusdur. Bu söz məni çox tutdu. Ermənilər varlı olduqları üçünmü Dağlıq Qarabağı zəbt etdilər? Bu an atamın hər dəfə İzrail Livanı və digər ərəb dövlətlərini bombalayanda, ərəb dünyasına meydan oxuyanda dediyi cümlə yadıma düşdü. “Ə bu ərəblər nə oğraş millətdirlər, bir dənə İzraillə bacarmırlar” . Dalıyca da əlavə edirdi “Arxalı köpək qurd basar”.
Televiziya elə bir vasitədir ki, tamaşaçı ona istəsə də müdaxilə edə bilmir. Ekspertin ona sırıdığı Erməni “böyüklüyü” mifini o ekspertin özünə faktlarla yedizdirmək üçün gücsüzdür. Neynəsin, qalır içində qırılala-qırıla. Yaxud da ki, fikirləşir: “Doğurdanmı erməni varlı, güclü xalqdır? Elə olmasaydı Qarabağı ala bilərdilər? Dünyaya qondarma “Erməni soyqırımı”nı sırıya bilərdilər? Sonra yenidən atamın “Arxalı köpək qurd basar” məsəli yadıma düşür. Biz türkük, totemimiz isə “Boz qurd”. Üstümüzə gələn də köpək. Bəlkə atalar köpək deyəndə elə ermənini nəzərdə tutublar? Yoxsa ki, “Ceneral Motors”un 10 faizi erməniyə məxsusdur. Və yaxud da ki, “Ermənilər ABŞ-da keçiriləcək seçkilərdə böyük təsirə malikdirlər”. Burada bir haşiyə də çıxmaq istəyirəm. Allah sənə rəhmət eləsin Heydər Əliyev. Dünya arenasında o boyda erməni mifini darmadağın etdin. İndi isə özlərini ekspert sayanlar “Ceneral Motors”un 10 faizi ilə bizə “qorxunc erməni mifi” aşılayırlar.
Verilişə baxa-baxa hey fikirləşirdim ki, ora dəvət olunan kimsə bu eksperti dayandıracaqmı? Susduraraqmı? Deyəcəkmi ki, Azərbaycanın zəngin neft-qaz yataqları, qara kürüsü, qozu, fındığı, pambığı, üzümü-çaxırı milyardlara bərabərdir. İndi Azərbaycan dünyanın inkişaf etmək üzrə 1-ci ölkəsidir. İndi Azərbaycan İnvestiya qoyulan dövlətdən investisiya qoyan dövlətə çevrilib? Köpəyə arxalıq edənlər indi Azərbaycana strateji tərəfdaş deyirlər.
Studiyaya yığışan gənclərə moizə oxuyan eksperti susduran tapıldı. Deputatlardan biri bircə misal çəkdi. “Nə 10 faiz-10 faiz salmısan. Vahid Ələkbərov və bir neçə azərbaycanlı dünyanın öndə gedən milyarderlərinin sırasındadır”. Deməli iş erməninin varlı olmasında deyil. Həmrəylik, birlik və milli maraqlar naminə hər şeyə getməyindədir. “Hər şeyə getmək” sözünün çox şaxələri var. Ermənilər bu sözün bütün mənalarında hər şeyə gedirlər. Amma biz yox. Studiyada olsaydım və yaxud da o deputatın yerində olsaydım ekspertə bu sualları verərdim:
- Ay ekspert, sən Azərbaycan qadınını qonşu dövlətin ərazisini zəbt eləmək naminə, bir gecəlik Çar generalının kef məclisinə, sonra da döşəyinə salıb, onu bişirib, ona öz ordusuna “Qırın bu türkləri!” əmrini verdirə bilərdinmi?.
- Ay ekspert, sən əcnəbiyə özünü sırıyan və bununla da xalqının siyasi ambisiyalarını həyata keçirməyə kömək edən erməni qadınına baxıb Azərbaycan qadının da bu addımı atmasını istərdinmi?
- Ay ekspert, sən erməni kimi azərbaycanlının, türkün Spartak, Babək kimi sərkərdələrin satqını, qatili kimi tarixə düşməsini istərdinmi?
- İstərdinmi ki, bütün Qafqazı gəzən Puşkin erməniyə deyən kimi sənə də oğru deyib dünyaya car çəksin?
Deməli məsələ nə “Ceneral Motors”un 10 faizində, nə də ermənilərin ABŞ-da “güclü nüfuza” malik olmasında deyil. Bir anlıq utopiyaya uyaq. Guya ki, dünyanın ən varlı azərbaycanlı-milyarderləri bir yerə yığışıblar. (Bu da çətin şeydir. Çünki biri deyəcək iclasda mən sədr olum, mənim pulum çoxdur, o biri deyəcək mənəm boss. Toplantı da başlamamış dağılacaq). Gündəlikdə də bir məsələ var. 1000 azərbaycanlı milyarder və milyonerdən hər biri zəbt olunan torpaqları geri almaq naminə, vəya babalarımızın 200-300 il bundan əvvəl buraxdıqları səhvləri düzəltmək üçün, bunları da qoyuram bir kənara, Azərbaycanın inkişafı naminə böyük miqdarda pul qoymalıdır ortalığa. İnanmıram. Amma erməni bunu edər. Deməli məsələ nə “Ceneral Motors”un 10 faizində, nə də ermənilərin ABŞ-da “güclü nüfuza” malik olmasında deyil.
Bu yerdə bir misal yadıma düşür: Bir jurnalist cəhənnəmdən reportaj hazırlayır. Görür ki, bir qır tiyanıdır, pıqqapıq yanır. İçində də günahı olanlar qaynayır. Əzrayıl da dayanıb başlarının üstündə, əlində də toppuz. Yaxınlaşıb Əzrayıldan soruşur ki, Ay qardaş bu toppuz bəs nəyinə lazımdır? O da deyir ki, qır tiyanından çıxmaq istəyən olsa vururam başına düşür təzədən içəri. Bu zaman tiyanın o başından biri başlayır tiyandan çıxmağa. Jurnalist soruşur ki, bəs onu niyə vurmursan? Əzrayıl deyir ki, xeyri yoxdur bu gürcüdür, vursam da altdan o biri gürcülər qaldırıb çıxaracaqlar. Jurnalist görür ki, tiyanın o biri başından da bir nəfər çıxır. Deyir:
-Bəs onu niyə toppuzlamırsan?
- O da ermənidir, ha vur altdakı ermənilər təkan verib çıxaracaqlar, o da sonra gəlib onları çıxaracaq.
Bu zaman üçüncü bir nəfər də tiyandan cəhd edir çıxmağa. Əzrayıl day sual gözləmədən “bu da azərbaycanlıdır, ha çalışsın xeyri yoxdur, o biri azərbaycanlılar ayağından tutub çəkəcəklər aşağı”
Bu anda bir sual da yerinə düşərdi: “Görəsən dünyada neçə Dünya Azəycanlıları Konqresi və neçə DAK sədri var?” Ginnesin Rekordlar kitabı isə hələ də susur.
Həyatda hər bir insan o birisinə onun nail olmadığı şeyi arzulayır. Yasda səbr arzulayır, toyda “Xoşbəxt ol” deyir. (Bu arzu da mənə hələ ki, çatmır. Belə çıxır ki, evlənmək bədbəxt olmaq deməkdir). Ağlı olmayana “Allah ağıl versin deyir”. Azərbaycanda dövlət səviyyəli bayramlar içində bir bayram var. Bu günü Ümummilli lider Heydər Əliyev təsis edib: “Dünya Azərbaycanlılarının həmrəyliyi günü”. Çünki həmrəyliyin qabağında heç nə və heç kəs dayana bilməz. Nə düşmən, nə Əzrayıl, nə də ki, İctimai Televiziyada çıxış edən ekspertin misal çəkdiyi “Ceneral Motors”un 10 faizinin sahibi olan erməni. Erməni mifi onsuz da dağılıb, gəlin heç bu barədə diskussiya açmayaq, hörmətli ekspertlər. Heydər Əliyev arzuladığı kimi: 364 gün həmrəy olaq, 365-ci gün isə həmrəyliyimizi bayram edək.
MAHİR QABİLOĞLU
Erməni mifi: dağıdırıq, yoxsa
14:22 19-02-2013
CƏMİYYƏT
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44