Ermənistanda son sutka ərzində daha 88 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

"Unikal" xəbər verir ki, yoluxanların ümumi sayı 344 737 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 7961-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1 500 nəfərdir. Aktiv xəstələrin sayı 4 123 nəfər təşkil edir.