"Azərbaycan da iqlim dəyişmələrindən zərər çəkən ölkələrdəndir, əsasən torpaqların şoranlaşması ilə bağlı böyük problemlər var”.

"Unikal"ın məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov mətbuat konfransında deyib. Nazir müavini bildirib ki, Qobustan, Abşeron və Kür-Araz ovalığında bu problemlər daha çox görünür: "Bu istiqamətdə qabaqlayıcı tədbirlər görülməlidir".